- 14:11
Azərbaycan Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb
Fərmanla "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə "Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında – "Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə" sözləri yazılmış yeni bənd əlavə edilir.