- 14:34
Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncam sosial-iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərinə və məqsədlərinə çatmaq üçün dövlət proqramlarının, strategiyaların, konsepsiyaların və bu kimi digər strateji sənədlərin hazırlanması, onların icrasına nəzarətin həyata keçirilməsi və qarşıya qoyulmuş hədəflərə nailolma vəziyyətinin qiymətləndirilməsi, yeni çağırışlar və artan tələblər fonunda istifadəçilərin, o cümlədən aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəsmi statistika məlumatlarına tələbatının ödənilməsi üçün statistik məlumat istehsalının dayanıqlılığını və milli statistika sisteminin inkişafını təmin etmək məqsədilə imzalanıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməli, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq işlər görməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.