Prezident Vəkillər Kollegiyasının üzvünü vəzifəyə təyin etdi


  • 1 Mart 2023 19:32

Fərqan Novruzov Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

F.Novruzov bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, F.Novruzov 2009-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2011-ci ildə Fransanın Strasburq Universitetinin siyasi elmlər ixtisası üzrə, 2012-ci ildə isə həmin universitetin hüquq ixtisası üzrə magistr dərəcəsini alıb.

2017-2020-ci illərdə Azərbaycan Beynəlxalq Bankının hüquq departamentinin direktoru olub. Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

Oxşar xəbərlər