Ukrayna və Azərbaycan XİN başçıları arasında telefon danışığı oldu - YENİLƏNİB


  • 8 Aprel 22:50

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı baş tutub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

19:05

Ukrayna və Azərbaycanın xarici işlər nazirləri Andrey Sibiqa və Ceyhun Bayramov ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə ediblər.

E-huquq.az xəbər verir ki, Sibiqa bu barədə "X" hesabında yazıb.

"Azərbaycanlı həmkarım Ceyhun Bayramovla telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik", - Sibiqa bildirib.

Oxşar xəbərlər