Ruslan Əliyev: "Bu mövsüm qazla bağlı problem yaşanmayacaq"


  • 23 Sentyabr 2022 12:22

"SOCAR “Azəriqaz” İstehsalat Birliyi çalışacaq ki, üzümüzə gələn payız-qış mövsumundə abonentlər qazın təzyiqi ilə bağlı problem yaşamasınlar".

E-huquq.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

“Mən bunu tam əmin deyirəm ki, yaşamayacaqlar, çünki bizim bu mövsüm, keçmiş mövsümlərdə də şəbəkədə apardığımız işlər qaz təchizatı ilə bağlı kütləvi problemlərin yaşanmayacağını deməyə əsas verir”, - Ruslan Əliyev qeyd edib.

Onun sözlərinə görə, ola bilsin ki, fərdi qaydada hansısa bir abonentdə qaz təchizatı ilə bağlı problemi yaransın, ancaq kütləvi şəkildə qaz təminatı ilə bağlı problem yaşanmayacaq.

Oxşar xəbərlər

  • 15 Aprel 12:22
Sabahın hava proqnozu