DİM Naxçıvanda buraxılış imtahanları keçirdi


  • 21 Aprel 14:26

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

E-huquq.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında təşkil olunan imtahanlar 17 binada təşkil olunub.

Qeyd edilir ki, imtahanlarda 4 607 şagird iştirak edib. İmtahanlarda ümumilikdə 59 imtahan rəhbəri, 458 nəzarətçi cəlb olunub, 384 zal ayrılıb.

Oxşar xəbərlər