Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlandı


  • 22 Yanvar 2022 13:07

Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıb.

E-huquq.az-ın məlumatına görə, Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib ki, paytaxt üzrə hazırkı dövrədək ümumilikdə 246 nəfər barəsində amnistiya tətbiq edilib.

Qeyd olunub ki, 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.

Oxşar xəbərlər