"Metak” şirkətinə cərimə yazıldı


  • 25 Yanvar 2023 12:03

"MET-AK" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində aidiyyəti orqan tərəfindən İnzibati Xətalar Məcəlləsnin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Protokol təmin olunarsa, şirkət min beş yüz manat məbləğində cərimə edilə bilər.

Eltac Nurullazadə

Oxşar xəbərlər