Bakıda doqquzmərtəbəli binada yanğın olub


  • 17 İyun 19:02

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 49,5 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 p.m. mətbəx mebeli və 3 ədəd məişət avadanlığı yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər