- 15:47
2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 74 250-yə, yaralananların sayı isə 175 278-ə yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 5 nəfərin cəsədi və 11 yaralı gətirilib. Ölənlərdən 4-nün son hücumlarda, birinin isə əvvəl aldığı xəsarətlər nəticəsində həyatını itirdiyi qeyd olunub.
2025-ci ilin oktyabrında atəşkəs qüvvəyə mindikdən sonra Qəzzada 1 467 nəfər ölüb, 5 161 nəfər yaralanıb. Bu müddətdə dağıntılar altından 836 nəfərin cəsədi çıxarılıb.
Şəbnəm Mehdizadə