- 14:17
Pakistanın Pəncab əyalətinin Racanpur bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Geo News” telekanalı məlumat yayıb.
Məlumata görə, qəza İndus magistral yolunda baş verib. Hərəkətdə olan sərnişin avtobusu yolun ayırıcı səddinə çırpıldıqdan sonra aşıb.
Hadisə nəticəsində 10 nəfər ölüb, xəsarət alan 32 nəfər isə tibb müəssisələrinə çatdırılıb.
Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz hadisədən kədərləndiyini bildirib və həyatını itirənlərin ailələrinə başsağlığı verib.
O, dərhal tədbir görülməsi üçün müvafiq qurumlara göstəriş verib.
Qəzadan sonra Racanpur Rayon Mərkəzi Xəstəxanasında və ətrafdakı digər tibb müəssisələrində fövqəladə vəziyyət elan olunub.
Şəbnəm Mehdizadə