Bahar Muradova: "Texnologiyalar dəyişsə də, ailə dəyərləri öz əhəmiyyətini qoruyacaq"


  • 12:53

"Texnologiyalar yenilənə və həyat tərzimiz dəyişə bilər, lakin ailənin insana verdiyi sevgi, etimad, mənəvi dayaq və məsuliyyət hissi daim öz əhəmiyyətini qoruyacaq".

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.

O bildirib ki, ailə siyasətinin məqsədi problemləri müəyyənləşdirməklə yanaşı ailələrin ehtiyaclarını anlamaq, onların imkanlarını artırmaq və hər bir ailənin öz potensialını reallaşdırmasına dəstək verməkdir: "Bizim vəzifəmiz bu dəyərləri dəyişən dünyanın imkanları ilə uzlaşdırmaq, gələcək nəsillər üçün daha sağlam sosial mühit yaratmaqdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər

  • 20 Oktyabr 12:35
Sabah hava necə olacaq?
  • 19 Oktyabr 12:36
Sabah yağış yağacaq