Bahar Muradova: "Rəqəmsal mühitdə valideyn məsuliyyəti vacibdir"


  • 12:42

"​Hazırda biz elə bir dövrdə yaşayırıq ki, müasir texnologiyalar ünsiyyətimizi, işimizi, təhsil imkanlarımızı və gündəlik vərdişlərimizi çox böyük sürətlə dəyişdirməkdədir. Bu dəyişikliklər ilk növbədə ailə münasibətlərinə, valideynlik məsuliyyətinə, uşaqların inkişafına və insanların sosial rifahına birbaşa təsir göstərir".

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.

O bildirib ki, müasir texnologiyalar insanları bir-birinə yaxınlaşdırmaqla yanaşı, bəzən onlar arasındakı canlı ünsiyyətin zəifləməsinə də səbəb olur.

"Bir tərəfdən bilgi və informasiya əldə etmək imkanlarımız genişlənir, digər tərəfdən şəxsi məlumatların qorunması, zərərli məzmun, rəqəmsal asılılıq və kiberzorakılıq kimi yeni risklər meydana çıxır. Süni intellekt isə seçimlərimizə və məlumatı qavramağımıza təsir edən fərqli reallıqlar yaradır. ​Ona görə də bu günkü müzakirədə əsas məqsədimiz texnoloji yeniliklərə ailələrimizin həyat tərzini və gələcək inkişafını əhatə edən kompleks sosial proses kimi yanaşmaq, onların ailənin möhkəmliyinə və gələcək nəsillərə potensial təsirlərini doğru istiqamətə yönəltmək olmalıdır. Xüsusilə uşaqların rəqəmsal təhlükəsizliyi məsələsində ailənin rolu əvəzolunmazdır. Uşağı qorumaq onun internetdən istifadəsinə nəzarət etməklə yanaşı, ona düzgün seçim etməyi, məlumatı tənqidi qiymətləndirməyi, şəxsi sərhədlərini və hüquqlarını qorumağı öyrətməkdir. Bunun üçün valideynin uşağı dinləməsi, onunla etibarlı münasibət qurması və rəqəmsal mühitdə özünün də məsuliyyətli davranış nümunəsi göstərməsi vacibdir", - deyə Komitə sədri qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər

  • 20 Oktyabr 12:35
Sabah hava necə olacaq?
  • 19 Oktyabr 12:36
Sabah yağış yağacaq