Samir Məmmədov: "Kiberdələduzluq qlobal iqtisadiyyata hər il 1,1 trilyon dollar zərər vurur"


  • 13:23

"Davos Forumunun 2026-cı il hesabatına əsasən, kiberdələduzluq qlobal iqtisadiyyata hər il təqribən 1,1 trilyon ABŞ dolları zərər vurur".

E-huquq.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.

Onun sözlərinə görə, sorğu iştirakçılarının 73 faizi son bir ildə özünün və ya yaxınlarının kibercinayətkarlarla üzləşdiyini deyir. "Bu kontekstdə Milli Kibertəhlükəsizlik Agentliyinin rolu xüsusi vurğulanmalıdır. Agentliyin əsas missiyalarından biri də cəmiyyəti maarifləndirmək, vətəndaşları kiber təhlükələri vaxtında tanımağı öyrətməkdir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər