- 14:31
Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasına yeni sədr təyin olunub.
E-huquq.az-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Qərara əsasən, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimovun Kollegiyanın Ağsaqqallar Şurasının sədri təyin olunub.
Xatırladaq ki, Ağsaqqallar Şurasının öncəki sədri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov bu ilin avqust ayında 84 yaşında vəfat edib.