- 12:21
"Ailədə ünsiyyət məsələsi təhlükə altındadır".
E-huquq.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.
O bildirib ki, bu gün ilə institutunun qorunub saxlanması çox çətindir.
"Son dövrdə dünyada və Azərbaycanda demoqrafik vəziyyət ürəkaçan deyil. Rəqəmsal transformasiya da buna təsir edir. Ailədə ünsiyyət azalır, internetə daha çox vaxt ayrılır. Elə ölkə var ki, orada əhalinin orta hesabla 30-40 faizi gündə 12 saat internetdə olur. Bununla bağlı tədbirlər görülməlidir", - deyə nazir müavini qeyd edib.
Şəbnəm Mehdizadə