DSX əməliyyat keçirdi - FOTO


  • 29 İyun 2022 13:58

İyun ayının 28-də saat 18:00 radələrində Yardımlı rayonunun Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Bu barədə e-huquq.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sahibsiz halda kolluqluqların arasında gizlədilən 1 ədəd bağlama içərisində təxmini çəkisi 5 kiloqram 845 qram narkotik vasitəyə (4855 qram “heroin” və 990 qram “metamfetamin”) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxşar xəbərlər