Naxçıvanda yaşayış binasında yanğın oldu


  • 20 Fevral 00:19

Naxçıvan şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 102 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd aspirator yanıb. Mənzil və ev əşyaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər