Zərər çəkmiş şəxsə dövlət hesabına kompensasiya verilməsi necə tənzimlənir?


  • 1 Mart 2021 09:56

Zərər çəkmiş şəxsə dövlət hesabına kompensasiya verilməsi məsələsinin həlli qaydası Azərbaycan Respublikasının Cinayət – Prosessual Məcəlləsinin 191 nömrəli maddəsi ilə tənzimlənir.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir.

Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir.

Oxşar xəbərlər