Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması necə müəyyən edilir ?


  • 7 İyul 2021 12:53

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikasının İcra Haqqında Qanunu ilə tənzimlənir.

E-huquq.az xəbər verir ki, qanuna əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə dərhal icra məmuru tərəfindən borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Sevgül Qasımzadə

Oxşar xəbərlər