Ehtiyat vərəsə kimdir?


  • 6 Sentyabr 2021 07:26

Qanunvericiliyə əsasən vərəsəlik 2 formada mümkündür: Qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəsəlik.

Vəsiyyət edən şəxs vəsiyyətnamədə özünün təyin etdiyi vərəsənin miras açılanadək ölməsi və ya mirası qəbul etməməsi, yaxud vərəsəlik hüququndan məhrum edilməsini ehtimal edərək bu hal üçün vəsiyyətnamədə başqa vərəsənin, yəni, ehtiyat vərəsənin adını göstərə bilər.

Bunu əgər vəsiyyət edən şəxs özünün qanun üzrə vərəsələrinin tam həcmdə miras payı almalarını istəməzsə, edə bilər.

Əgər yuxarıda sadaladığımız hallar olmazsa, ehtiyat vərəsə miras əmlakından pay almayacaq.

Oxşar xəbərlər