Övladlığa götürülmüş şəxs qanuni vərəsə sayıla bilərmi?


  • 25 Noyabr 2021 11:33

Vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsidir. Vəfat edənin övladları, və ya digər yaxın qohumları arasında miras bölgüsü ilə bağlı mübahisələr yarana bilər. Mülki Məcəlləyə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Bəs övladlığa götürülmüş şəxs qanuni vərəsə sayıla bilərmi?

E-huquq.az-ın məlumatına görə, əgər miras qoyan şəxs vəsiyyətnamə tərtib etməmişsə, o, öldükdən sonra miras qalan əmlakın bölgüsü qanun üzrə vərəsəlik qaydasında həll olunur.

Qanun üzrə vərəsəlik zamanı ilk növbədə ölənin uşaqları, ər və ya arvad, valideynlər, həmçinin övladlığa götürülənlər;

2. ölənin bacıları və qardaşları;

3. həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası;

4. xalalar və bibilər, dayılar və əmilər;

5. xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar.

Əvvəlki növbənin vərəsələrindən heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Oxşar xəbərlər