Azərbaycan qanunları ikili vətəndaşlığa icazə verirmi?


  • 9 İyun 2022 20:10

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ikili vətəndaşlıqla bağlı məsələyə aydınlıq gətirib.

E-huquq.az-ın məlumatına görə, o qeyd edib ki, şəxsin ikili vətəndaşlığı varsa, bu, qanun pozuntusu sayılmır. Ancaq Azərbaycan vətəndaşı olan şəxs hər hansı ölkədən vətəndaşlıq alırsa, bu barədə məlumat verməlidir.

"Şəxsin Azərbaycan vətəndaşlığından başqa digər ölkədə də vətəndaşlıq varsa, bu halda onun Azərbaycan vətəndaşlığı qalır. Sadəcə Azərbaycan qanunvericiliyində onun yalnız Azərbaycan vətəndaşlığını əsas götürülür. Yəni, bizim üçün həmin şəxs Azərbaycan vətəndaşıdır. Heç bir formada ondan Azərbaycan qeydiyyatına düşmə tələb edilə bilməz. Və ya əcnəbi kimi yaşama icazəsi istənilə bilməz. Yanaşma bundan ibarətdir. Yəni, qanunun tələbi ondan ibarətdir ki, digər dövlətin vətəndaşlığını qəbul edən şəxs 1 ay müddətinə bu barədə məlumat verməlidir. Məlumat vermək də kifayət qədər asan bir formadadır. Dövlət Miqrasiya Xidmətinin saytında elektron xidmətlər bölümünə daxil olmaqla bunu etmək olar. Sadəcə müəyyən anket məlumatlarını daxil edir, pasportun şəklini çəkir və sistemə yükləyirsiniz. Ümumən ikili vətəndaşlıq miqrasiya yönündən heç bir problem yaratmır", - deyə V. Hüseynov bildirib.

Oxşar xəbərlər