İşdən sonra işçinin paltar geyinib-soyunması, yuyunması iş vaxtına daxil edilirmi?

Müəyyən iş sahələri var ki, orada iş vaxtı başa çatdıqdan sonra işçilərin xüsusi iş paltarlarını geyinib-soyunması, yaxud yuyunması uzun müddət vaxt aparır. Belə olan halda, işçilərin işdən sonra iş paltarlarını geyinib-soyunması, yuyunnması üçün sərf etdikləri vaxt iş vaxtına daxildirmi? Bu məsələ qanunla necə tənzimlənir?

  • 14 Noyabr 2019 14:30

Məsələ ilə əlaqədar e-huquq.az-a açıqlama verən vəkil Bəhruz Bayramov bildirib ki, ümumiyyətlə, işçinin iş vaxtı konkret olaraq işəgötürənlə bağlanan əmək müqaviləsində göstərilir. Onun sözlərinə görə, işçi işdən 10 dəqiqə gec çıxırsa, bu iş vaxtına daxil olmur.

B.Bayramov qeyd edib ki, işdən sonra sözügedən məsələlərin iş vaxtına daxil olub-olmamasına dair hansısa hüquqi norma yoxdur. Vəkil əlavə edib ki, hər bir işin öz xüsusiyyətləri var: “Bəzi müəssisələrdə, məsələn, sexlərdə və zavodlarda iç vaxtı saat 18:00-dan 10 dəqiqə əvvəl dayandırılır. Halbuki Əmək müqaviləsində iş vaxtının başa çatma saatı 18:00 göstərilir. Bu, tərəflər arasında razılaşma əsasında, yaxud müəssisə rəhbərliyinin qərarı ilə baş tutur”.

Məftun Salmanov

Oxşar xəbərlər