- 20 May 13:56
Təəssüflər olsun ki, Azərbaycanda nikahın pozulması halları ildən-ilə artır. Bu ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46898 nikah və 12713 boşanma halları qeydə alınıb. Bununla yanaşı, bir çox vətəndaşlar isə boşanma üçün məhkəməyə müraciət edərkən hansı sənədlərin lazım olduğunu bilmir.
E-huquq.az-ın məlumatına görə, ər və arvaddan hər hansı biri tərəfindən nikahın pozulması üçün boşanma ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bunun üçün lazım olan sənədlər bunlardır: iddia ərizəsi; dövlət rüsumunun (20 manat) ödənilməsinə dair qəbz; nigah haqqında şəhadətnamə; şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti; cavabdehin şəxsiyyət vəsiqəsinin surəti və yaxud MAPS arayışı.
Əgər uşaq varsa, onların doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiqli surətini məhkəməyə təqdim etmək lazımdır.