"Əsas problemlərdən biri hüquq qaydalarının doğru tətbiq edilməməsidir"


  • 21 Mart 20:21

2 hüquqşünas olan yerdə 3 fikir varmı?

Əsas problemlərdən biri hüquq qaydalarının doğru tətbiq edilməməsidir.

Bəs necə? Hər hüquq qaydasını oxuyan ilkin olaraq, həmin qaydanı təsəvvüründə canlandırmağa çalışır. Hüquqi biliklərimiz yerində olmadığı üçün (düşüncə imkanı dərin olmadığı üçün) təsəvvürümüzdə canlandırdığımız hüquq qaydasının elementləri arasındakı əlaqə və əlamətlərin nədən ibarət olmasını müəyyən edə bilmirik. Həmin təsəvvürümüzdəki məlumatlar bizim bilik səviyyəmizdən asılı olaraq, təfəkkürümüzdə özünü dərəcələndirlir. Problem də burada çıxır. Həmin dərəcələndirmə doğru olmadığından, hüquqşünas təsəvvürünün yanlış olmadığını anlamır. Belə olduğu halda, hər hüquqşünas özünün təsəvvürünün doğru olduğuna inanır.

Bütün bunlar hüquqşünaslar arasında yayğın olan "2 hüquqşünas olan yerdə, 3 fikir var" fikrinin yersiz və aiddiyyətsiz işlənməsinə səbəb olur. Son dövrlər hüquqşünaslar (bir-birinə yaxın çevrələr) arasında bir-birinə qarşı həmrəylik mühakimə aparmaqlarına da mane olur. Belə olduğu halda tənqidin yerini təqdir etmə tutur. Bunun nəticəsində yanlış təsəvvürlər əsasında hüququn tətbiqi həyata keçirilir, belə hüququn dəfələrlə tətbiqi yanlış təcrübəyə gətirib çıxarır. Bununla da hüquq doğru işləyə bilmir. Hər dəfə həmin təcrübəni aradan qaldırmaq üçün tədbirlər görülür. Bu tədbirlər çoxaldıqca hüquqşünasların həmin tədbirləri izləmə səviyyəsi (qərarların çox olması və oxunmasındakı çətinliklər) də azalır, yenidən səhvlər edilməsinə, yenidən yanlış təcrübələrə rəvac verir. Belə...

Yeri gəlmişkən hüququn tətbiqində 3-5 faiz işlərdə belə problemlər var. Çünki 95 faiz işlər şablondur.

Dəyişməliyik, dəyişmək gərəklidir.

Elvin Əliyev

Hüquqşünas

Oxşar xəbərlər