Mediasiya Şurası ADPU-da tələbələrə seminar keçdi - FOTO


  • 15 Dekabr 2022 17:50

Dekabrın 14-də Mediasiya Şurası və Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə “Azərbaycanda mediasiya islahatları” mövzusunda universitetin müəllim heyəti və fakültə tələbələri ilə görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə Pedoqoji Universitetin Tədris Departamentinin Məzun, Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova, mediator – təlimçi Həsən Bayramov, Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri, təlimçi Qasım Şaliyev və tələbələr iştirak edib.

Çıxış edən Həsən Bayramov Azərbaycanda mediasiya institutunun yaranması və hazırkı tarixədək olan inkişaf istiqamətlərindən söz açıb.

Qasım Şaliyev isə mediatorların fəaliyyəti və mediasiya islahatları barədə məlumat verib.

Sonda mediator – təlimçilər tərəfindən tələbələrin sualları cavablandırıb və xatirə şəkli çəkilib.

Oxşar xəbərlər