Mediasiya Şurası və Qərbi Kaspi Universitetinin birgə əməkdaşlığı ilə maarifləndirici seminar keçirildi - FOTO


  • 25 Dekabr 2022 12:35

22 dekabr 2022-ci il tarixində Mediasiya Şurasının mediatorları tərəfindən Qərbi Kaspi Universitetinin tələbələri üçün "Azərbaycanda mediasiya islahatları” mövzusunda maarifləndirici seminar təşkil olunub.

E-huquq.az xəbər verir ki, görüşdə Qərbi Kaspi Universitetinin Auditoriyadan kənar şöbəsinin mütəxəssisi Elnurə Lətifova, Bakı 3 saylı mediasiya təşkilatının rəhbəri Paşa Səfərov, Bakı 17 saylı mediasiya təşkilatının rəhbəri Rəşad İbrahimov və tələbələr iştirak edib.

Görüş zamanı təlimçilər tərəfindən Azərbaycanda mediasiya anlayışı və fəaliyyətə başladığı tarixdən indiki zamanadək olan inkişafı, bu sahədə aparılan mediasiya islahatları barədə nəzəri məlumatlar verilmiş, daha sonra mediasiya sessiyasının əyani şəkildə təsviri üçün universitet tələbələrinin də iştirakçısı olduğu simulyasiya həyata keçirilmişdir.

Sonda mediator – təlimçilər tərəfindən tələbələrin sualları cavablandırılıb və xatirə şəkli çəkilib.

Oxşar xəbərlər