Arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu


  • 28 Oktyabr 2021 17:30

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Malik Məmmədəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az xəbər verir ki, iş hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin avqust ayının 7-də Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu qısqanclıq zəmnində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanı bıçaqlayıb.

Qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirisə də, onun həyatını xilas etmək mümkün olmayıb.

M.Məmmədəliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Oxşar xəbərlər