Avropa Məhkəməsi Rusiyadan olan hakim vəzifəsini ləğv etdi


  • 16 Sentyabr 2022 16:01

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyanın Avropa Şurasındakı üzvlüyünə xitam verilməsi fonunda Mixail Lobovun tutduğu rusiyalı hakim vəzifəsini ləğv etmək qərarına gəlib.

E-huquq.az xəbər verir ki, bu barədə məhkəmənin hökmündə deyilir.

“Məhkəmə Reqlamentinin 20-ci bəndini rəhbər tutaraq, həmçinin Rusiya Federasiyasının Avropa Şurasında üzvlüyünə xitam verilməsi haqqında 16 mart 2022-ci il tarixli qətnaməni nəzərə alaraq, AİHM bildirir ki, Rusiyadan olan hakim vəzifəsi ləğv edilir”, - sənəddə deyilir.

AİHM İnsan Hüquqları Konvensiyasının mümkün pozuntuları ilə bağlı Rusiya Federasiyasına qarşı sentyabrın 16-dək verilmiş şikayətlərə baxmağa davam edəcək, lakin yeni şikayətləri baxılması üçün qəbul etməyəcək.

Xatırladaq ki, 26 illik üzvlükdən sonra bu ilin mart ayında Rusiya Avropa Şurasından çıxarılıb.

Oxşar xəbərlər