Azərbaycanda 30 yaşlı kişi məhkəmənin qarşısında intihara cəhd etdi


  • 23 Sentyabr 13:43

Ucar rayon sakini özünə xəsarət yetirib.

E-huquq.az xəbər verir ki, hadisə bu gün Ucar Rayon Məhkəməsinin binası qarşısında baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Qüdrət oğlu Cəfərov intihar etmək məqsədi ilə qolunun damarlarını doğrayıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Nicat Cəfərova zəruri tibbi yardım göstərilib,vəziyyəti qənaətbəxşdir.

Nicat Cəfərovun hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.

Mənbə: APA

Oxşar xəbərlər