Ali Məhkəmə "Tərtər işi" ilə bağlı Baş prokurorun ərizəsini təmin etdi


  • 30 Sentyabr 2022 14:25

Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 19 nəfərin işinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, iclasda Baş prokurorunun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, aparılan istintaq zamanı əldə edilən mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilən 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində Baş prokuror tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edilmişdi.

Oxşar xəbərlər