Məhkəmələrə büdcədən ayrılan vəsait artırılır


  • 5 Dekabr 2022 14:10

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclər artırılır.

E-huquq.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcəyə dəyişikliklər müzakirə edilib.

Dəyişikliyə əsasən, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərin 20 milyon 131 min manat artırılaraq 2 milyard 762 milyon 927 min 411 manat olması proqnozlaşdırılır.

Ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq edilir.

Müzakirələrdən sonra büdcə üçüncü oxunuşda plenar iclasa tövsiyə edilib.

Oxşar xəbərlər