- 10:18
Qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunun Elxan Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə aparılacaq məhkəmənin hazırlıq iclası fevralın 6-na təyin olunub.
Qeyd edək ki, E.Əliyev aralarında yaranan münaqişə zəmnində tanışı E.İsmayılova bıçaqla xəsarət yetirib. Təqsirləndirilən şəxs barədə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə