Sabunçu Elmi-İstehsalat Birliyi məhkəməlik oldu


  • 27 May 2023 13:23

Sabunçu Elmi-İstehsalat Birliyi Törəmə Açıq Səhmdar Cəmiyyəti (TASC) yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməkdə günahlandırılır.

E-huquq.az-ın məlumatına görə, TASC barədə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Eknurə Rəcəbovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər