Ali Məhkəmədə şagirdlər üçün növbəti “Açıq qapı” günü keçirildi - FOTO


  • 19 Sentyabr 2023 09:18

Sentyabrın 16-da məktəblilər növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Şagirdlər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin hakimi Əhliman Xıdırov şagirdlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda məktəblilər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

Oxşar xəbərlər