Kütləvi davada yeniyetməni bıçaqlayan şəxsin məhkəməsi başlayır


  • 21 Sentyabr 2023 18:05

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Fuad Eminlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlq iclası oktyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində qeydə alınıb. Bir qrup yeniyetmə arasında düşən davada Tahir Abbaszadə bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Fuad Eminliyə qarşı Cinayət Məcəlləsinin 126.1.-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər