Oğuzda 2 nəfərin xəsarət aldığı yol qəzası ilə bağlı məhkəmə başlayır


  • 26 Sentyabr 2023 15:08

Oğuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nazim Həsrətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilib

Hakim Orxan Cəfərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 6-na təyin olunub.

Qeyd edək ki, hadisə Oğuz-Bayan avtomobil yolunun Oğuz şəhərinin giriş hissəsində baş verib. Belə ki, hərəkətdə olan “VAZ-21099” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı Bayan kənd sakinləri, Nurlan Tərlan oğlu Mikayılov və Nazim Yaşar oğlu Həsrətov ağır xəsarət alıblar. Nazim Həsrətova qarı Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər