Qusarda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 27 Sentyabr 17:04

Qusar rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Volodiya Eyvazovun cinayət işi üzrə ibtidai istintaq baş açatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılmasI üçün Qusar Rayon Məhkəməsinə göndərilib.

Hakim Anar Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 10-a təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Çiləgir kəndində baş verib. Belə ki, "VAZ-2106" markalı avtomobilin "VAZ-2107" markalı avtomobillə toqquşması nəticəsində rayon sakinləri - 1975-ci il təvəllüdlü Ağarzayeva Yeganə Muradrasul qızı ölüb, 1974-cü il təvəllüdlü Ağarzayev Nadir Şahkərəm oğlu və 1981-ci il təvəllüdlü Eyvazov Volodiya Həzrəbək oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Qəzanı törətməkdə şübhəli bilinən V.Eyvazova qarşı cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər