- 18:09
27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
E-huquq.az xəbər verir ki, bu barədə məhkəmənin "Facebook" səhifəsində məlumat verilib.
Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.