Bakıda adam bıçaqlamaqda təqsirləndirilən qadının məhkəməsi başlayır


  • 8 Dekabr 2023 16:41

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Gülnarə Allahquliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Gülnarə Allahverdiyeva ilə 1988-ci il təvəllüdlü Amil Əşrəfov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman G.Allahverdiyeva bıçaqla A.Əşrəfovun bədəninə xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər