Qəbələdə 3 nəfərin yaralandığı yol qəzası ilə bağlı məhkəmə başlayır


  • 26 Fevral 15:43

Qəbələdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Dəyanət Həsənlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib.

İş hakim Abbas Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 6-na təyin olunub.

Qeyd edək ki, rayonun Tüntül kəndi ərazisində baş verib. Rayon sakini 25 yaşlı Dəyanət Həsənli sürətlə idarə etdiyi "Mercedes" markalı avtomobildə idarəetməni itirdiyindən yolun kənarına çıxıb və qaz kəmərinə çırpılıb. Qəza nəticədə sürücü, eləcə də sərnişinləri - 23 yaşlı Kamil Baloğlanov və 25 yaşlı Vüsal Səfərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. D.Həsənliyə qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər