"Azəri Med" cərimələnə bilər


  • 26 Fevral 15:55

"Azəri Med" Qapalı Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon məhkəməsinə göndərilib.

İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa "Azəri Med" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər