Ali Məhkəmə sürücü ilə bağlı bəraət hökmünü qüvvədə saxladı


  • 23 May 16:53

Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İslam Nəcəfquliyevin barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin olunmayıb və İ.Nəcəfquliyev barəsindəki bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2022-ci ilin yanvar ayında Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini İ.Nəcəfquliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Xəzər Rayon Məhkəməsinin hökmü ilə İ.Nəcəfquliyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib və İ.Nəcəfquliyevə bəraət verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər