Bakı Gəmiqayırma Zavodu barəsində inzibati protokol tərtib olundu


  • 23 İyul 2024 16:14

"Bakı Gəmiqayırma Zavodu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, zavod barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, zavod min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər