Gömrük Komitəsi "Baku Electronics"ə cərimə yazdı


  • 31 İyul 2024 17:06

"Baku Electronics" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, mağazalar şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Baku Electronics” min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin baxış iclası avqustun 6-da keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər