Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 31 İyul 2024 17:20

Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Murad Nağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Nağızadə Murad Faiq oğlu aralarında baş vermiş mübahisə zamanı qardaşı, 2003-cü il təvəllüdlü Nağızadə Fuad Faiq oğlunu bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər