Prokuror “Yeni İctimai Nəzarət Şurası”nın dələduzluqda təqsirləndirilən rəhbər şəxslərinə cəza istədi


  • 9 Sentyabr 17:38

“Yeni İctimai Nəzarət Şurası”nın sədri Ramil Şükürov, həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini Koroğlu İbrahimov, tanışı Diləfruz Mustafayeva və Elçin Aslanlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Ramil Şükürovun 9 il, Koroğlu İbrahimovun 8 il, Diləfruz Mustafayevanın 7 il, Elçin Aslanlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər