"Uşaq hüquqları haqqında" yeni qanun hazırlanacaq


  • 9 İyun 2023 16:45

"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanacaq.

E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na edilən dəyişiklikdə öz əksini tapıb.

Layihənin hazırlanması müddəti 2023–2024-cü illəri əhatə edəcək.

Bununla bağlı işlərin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Oxşar xəbərlər