- 16:27
Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
E-huquq.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.
***
19:44
Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfərə yollanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Andrey Babiş X səhifəsində paylaşım edib.
“Azərbaycan. Aİ hüdudlarından kənara ilk rəsmi səfərim indi başlayır”, - deyə Çexiyanın Baş naziri yazıb.